“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya hökumətinə qarşı qiyamdan sonra ilk dəfə görüntülərini paylaşıb.
Priqojin video görüntüsünü “Razqruzka Vaqnera” adlı teleqram kanalında yayıb.
O, çıxışında 50 dərəcədən artıq temperaturda olduqlarını bildirərək "İŞİD, “Əl-Qaidə” və digər quldurların həyatını Afrika xalqı üçün kabusa çeviririk" deyib.
Iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.
Tehsil-press.az