Amerikada toyuq əti adına siçovul əti satılıb 500 ton!

Amerikada toyuq əti adına siçovul əti satılıb 500 ton! Tehsil-press.az jamejamonline saytına istinadən xəbər verir ki, Amerikada sümüksüz toyuq əti adı ilə müştərilərə sicovul əti satılması ilə bağlı qalmaqal ölkə mətbuatında gündəmi tutub. San Fransisko gömrük idarəsindən verilən məlumata əsasən, sümüksüz toyuq əti adı ilə azı 500 ton siçovul əti Amerika bazarlarına daxil olub. Ərzaq dükanlarında toyuq əti adına siçovul əti satılmasını Amerika qida və dərman peraparatları müfəttişləri bürosu da təsdiqləyib. Mətbuatda toyuq əti adı ilə qablaşdırılmış siçovul ətinin fotoları yayılıb. San Francisco gömrük idarəsi aşkarlayıb ki, Çindən Amerikaya daxil olan bu ətlər əslində qida məhsulu kimi nəzərdə tutulmayıb. Siçovul ətini əhaliyə toyuq əti adına satmaq amerikalı işbazların ixtirasıdır.
Ərzaq problemi yaşayan Çinin özündə dünya xalqlarının mədəniyyətində qəbul edilməyən qidalardan istifadə olunur. Problem siçovul ətinin satılması yox, bu ətin toyuq əti əvəzinə satılmasıdır. Hələ iki il bundan qabaq Çində böyük bir ərzaq qalmaqalı yaşanmışdı. Polis tərəfindən saxlanılan cinayətkar şəbəkənin üzvləri siçovul ətini quzu əti adı ilə əhaliyə satmışdı. Çin İctimai Təhlükəsizlik nazirliyinin yaydığı məlumata görə, şəbəkə üzvləri siçovul əti ilə yanaşı ölü heyvanların da ətini başqa adla qablaşdırıb. Qalmaqallı cinayət işində müəyyənləşdirilmişdi ki, cinayətkarlar siçovul əti ticarətindən 1.6 milyard dollar qazanıb.

tehsil-press.az

Oxşar xəbərlər