Ağ Ev Kiyevə bu şərtlərlə hərbi yardım göndərməyə davam edəcək

Ağ Ev Kiyevə bu şərtlərlə hərbi yardım göndərməyə davam edəcək ABŞ Ukraynaya ölkəyə hərbi yardım göndərməyə davam etməklə bağlı məktub göndərib.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Maykl Payl deyib.
O bildirib ki, məktubda bununla əlaqədar ABŞ tərəfinin şərtləri yer alıb. Belə ki, Kiyevə “şirkətlərin və operatorların maliyyə sabitliyini” təmin etmək üçün qaz və elektrik enerjisinin qiymətlərini liberallaşdırmaq təklif olunub.
Həmçinin “Ukrenerqo” və “Naftoqaz” şirkətlərinin müşahidə şurasının genişləndirilməsi və Ukrayna Milli Antikorrupsiya Bürosunun gücləndirilməsi tövsiyə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər