Çeçenistanda Azərbaycan mütəxəssisləri MDB-də rus dilinin mövqeyinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər

Çeçenistanda Azərbaycan mütəxəssisləri MDB-də rus dilinin mövqeyinin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər Çeçenistan Respublikasının Qroznı şəhərində "Sərhədsiz rus dili: aktual məsələlər, MDB ölkələrində rus dilinin mövqeyinin qorunması və möhkəmləndirilməsi" adlı beynəlxalq təhsil forumu keçirilib.
Forumda Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası, Azərbaycandakı Rus İcmasının nümayəndələrindən ibarət nümayəndə heyəti də iştirak edib.
Forumda maraqlı məzmuna malik məruzələr və çıxışlar səsləndirilib, iki ölkə arasında təhsil sahəsində gələcək əməkdaşlıq və sıx qarşılıqlı fəaliyyət üçün təkliflər dilə gətirilib. Çıxış edənlər Çeçenistan Dövlət Pedaqoji Universitetinin və Azərbaycanın ali təhsil müəssisələrinin müəllimlərinin ixtisasartırma kurslarının və birgə layihə işlərinin Azərbaycan Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyası ilə birgə təşkil edilməsi ilə bağlı fikirlərini irəli sürüblər.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimlər Assosiasiyasının sədri Lyubov Yakuninanın və "Azərbaycanda rus dili və ədəbiyyatı" jurnalının redaktoru Flora Nacinin məruzələrində rus dilinin təbliği, dəstəklənməsi, qorunması və möhkəmləndirilməsi, gənclərin rus dilinin öyrənilməsinə marağının artırılması istiqamətində konkret təkliflər irəli sürülüb.
Forum çərçivəsində 55 saylı "Zolotoye seçeniye" gimnaziyasının pedaqoji kollektivi və direktor Roza Abdulmecidova ilə rus dili və ədəbiyyatının tədrisinin müasir forma və metodlarını nümayiş etdirən görüş keçirilib.
Tədbir Rusiyanın Əməkdar artistləri Makki Mejiyeva və Movsar Mintsayevin ifasında rus, Azərbaycan və çeçen dillərində mahnıların səsləndirildiyi böyük konsert proqramı ilə başa çatıb. Çeçenistan Dövlət Pedaqoji Universitetinin "Maska" tələbə teatrının iştirakçıları forumun qonaqlarına minitamaşa göstərərək öz aktyorluq bacarıqlarını nümayiş etdiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər