ADU-da Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş

ADU-da Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş Azərbaycan Dillər Universitetində Rusiya Federasiyası Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş keçirilib.
Görüşdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla qarşı tərəflə elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atıldığını diqqətə çatdırıb. Görüşün əhəmiyyətindən danışan rektor deyib: “İnanıram ki, qarşılıqlı elmi əməkdaşlıq istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Bu əməkdaşlıq həm elmi, həm də təcrübə baxımından hər iki universitet üçün yeni perspektivlərə yol açacaq. Buna görə də sizi universitetimizdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olmağa dəvət edirəm”.
Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları Tamara Avtaeva və Raisa Buralova səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, universitetlər arasında bir sıra layihələrin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrdə müsabiqələr, görüşlər, yeni elmi əməkdaşlıq platforması üçün əlverişli imkanların mümkünlüyü yer alıb.
Görüşdə multikulturalizm siyasətinin önəmindən danışılıb, qarşılıqlı şəkildə dil və mədəniyyət mərkəzlərinin açılması kimi təkliflər səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər