Macarıstanda təqaüdlü təhsil imkanları haqqında təqdimat edilib

Macarıstanda təqaüdlü təhsil imkanları haqqında təqdimat edilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında Macarıstanın “Stipendium Hungaricum in Azerbaijan” hökumətlərarası təqaüd proqramının təqdimatı keçirilib.
Filialın direktoru dosent Yusif Alıyev Azərbaycan və Macarıstan arasında olan mədəni əlaqələrdən danışıb. O qeyd edib ki, gənclər bu ölkənin təqaüd proqramı ilə macar universitetlərində təhsil almağa çox maraqlıdır.
Macarıstanın ölkəmizdəki səfirliyinin təhsil və mədəniyyət üzrə attaşesi Monika Felföldi bildirib ki, görüşün məqsədi region universitetlərində təhsil alan tələbələrə təcrübə və karyera imkanları haqqında məlumat verməkdir.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ruqiyyə Ağamalıyeva Hökumətlərarası Təqaüd Proqramı haqqında tələbələri məlumatlandırıb, onların suallarını cavablandırıb.
Daha sonra Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) rəhbəri Günay Bayramova Macarıstanda təhsil sistemi ilə bağlı məlumat verib.
Görüş Macarıstan haqqında viktorina ilə sona çatıb.

Tehsil-press.az



Oxşar xəbərlər