
Bu barədə əraziyə nəzarət edən separatçı Kaçin Müstəqillik Təşkilatına tabe olan Kaçin Müstəqillik Ordusu açıqlama yayıbb. Hücumun oktyabrın 9-da yerli vaxtla axşam 23:30 radələrində baş verdiyi bildirilir. Ölənlər arasında uşaq və yaşlı insanlar da var. Hücum nəticəsində 56 nəfər yaralanıb.
Qeyd edək ki, 1962-ci ildə yaradılan Kaçin Müstəqillik Təşkilatının silahlı qanadı olan Kaçin Müstəqillik Ordusu (KMO) Myanma hökuməti və ordusu ilə muxtariyyət uğrunda mübarizə aparır. Myanmada ordunun hakimiyyəti ələ aldıqdan sonra Kaçin ştatına həyata keçirdiyi bir neçə hücum (hava hücumu və artilleriya zərbələri) nəticəsində xeyli sayda ölən olub.
Tehsil-press.az