Konqoda düşərgəyə silahlı hücum zamanı 46 nəfər öldürülüb

Konqoda düşərgəyə silahlı hücum zamanı 46 nəfər öldürülüb Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlər üçün salınmış düşərgəyə silahlı hücum olub.
Hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər öldürülüb.
Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.
Düşərgənin Birləşmiş Millətlər Təşkilatının Buledəki bazasından 5 kilometr aralıda olduğu açıqlanıb.

Tehsil-press.az


Oxşar xəbərlər