
Nəşrin məlumatına görə, müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasını 66 deputat dəstəkləyib, heç bir parlamentari əleyhinə səs verməyib.
Oktyabrın 11-də İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə fövqəladə hökumət yaradıldığını elan edib. O qeyd edib ki, ölkənin taleyi hazırda təhlükə altında olduğundan bütün digər mülahizələr kənara qoyulub. Baş nazir vurğulayıb ki, hakimiyyət bütün israillilərin xeyrinə birgə çalışacaq.
Tehsil-press.az