Çexiya da ölkədə koronavirusla bağlı elan olunan fövqəladə vəziyyət rejimini uzadıb. Ölkə parlamentinin qərarına əsasən, fövqəladə vəziyyət dekabrın 12-dək uzadılıb. Qərar 53 deputat lehinə, 42-si əleyhinə olmaqla səsvermədən sonra qəbul edilib. Qeyd edək ki, Çexiyada oktyabrın 5-dən fövqəladə vəziyyət elan olub.