“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib

“Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin iclası keçirilib “Yüksəliş” müsabiqəsinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı Ülvi Quliyev, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.
Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva iclası açıq elan edərək Komitə üzvlərinə üçüncü “Yüksəliş” müsabiqəsinin yekunlaşması ilə bağlı hazırlanan hesabatı təqdim edib. İclasda üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı ilə əlaqədar təkliflər müzakirə olunub. Aparılan fikir mübadiləsi nəticəsində müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Tehsil-press.az


Oxşar xəbərlər