BDU-nun Fizika fakültəsində professor Mais Süleymanovla görüş

BDU-nun Fizika fakültəsində professor Mais Süleymanovla görüş Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Fakültəmizi tanıyaq” layihəsi çərçivəsində BDU-nun Elmi Fəaliyyətin Təşkili və İnnovasiya Mərkəzinin müdiri, Maddə quruluşu kafedrasının professoru Mais Süleymanov ilə tələbələrin görüşü olub.
Fizika fakültəsinin THİK üzrə rəhbəri, IV kurs tələbəsi Lamiyə Həmidova professor Mais Süleymanovun həyat və fəaliyyəti haqqında təqdimatla çıxış edib.
Sonra fakültə dekanı Bəxtiyar Paşayev, Maddə quruluşu kafedrasının müdiri Eldar Məsimov, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov professor Mais Süleymanovun səmərəli müəllimlik fəaliyyətindən söz açıblar.
Qeyd olunub ki, Mais Süleymanov 1970-1975-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb. 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda əmək fəaliyyətinə başlayıb, həmin ildən Moskvada Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Yüksək Enerjilər Laboratoriyasında elmi tədqiqatlar aparıb. 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 1999-cu ildə fizika-riyaziyyat elmləri doktoru dərəcələrini alıb. Çexiya və Almaniyada, Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) elmi araşdırmalar həyata keçirib. 2006-2020-ci illərdə Pakistanda xarici professor kimi fəaliyyət göstərib. M.Süleymanov xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 535 elmi işin müəllifi və həmmüəllifidir. Onun elmi rəhbərliyi ilə elmlər doktoru və fəlsəfə doktorları yetişib.
Professor Mais Süleymanov Fizika fakültəsində təhsil illəri, nüvə fizikasına marağı, elmi fəaliyyəti barədə danışıb, uğur qazanmaq üçün tələbələrə tövsiyələrini verib.

Tehsil-press.az



Oxşar xəbərlər