Pedaqoji Universitetdə onlayn elmi seminar keçirilib

Pedaqoji Universitetdə onlayn elmi seminar keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində onlayn elmi seminar keçirilib.
Seminarda ADPU-nun Quba filialının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Alıyev halkogenidlərdə polimorf çevrilmələrlə bağlı məruzə ilə çıxış edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Fizika fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Ümumi fizika kafedrasının müdiri, dosent Cahangir Hüseynov, baş müəllim Hüseyn Aslanov məruzə ilə bağlı suallar səsləndiriblər.
Ümumi fizika kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Sakin Cabarov tədqiqat işinin aktuallığı və perspektivləri haqqında çıxış edib.
Yekunda dosent A.Daşdəmirov məruzə ilə bağlı fikirlərini bildirərək tədqiqatçıya elmi axtarışlarında müvəffəqiyyətlər arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər