ÜST: Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb

ÜST: Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb Bu il ən azı 31 ölkədə vəba epidemiyası qeydə alınıb və bu, dünyada təxminən bir milyard insanı xəstələnmək riski ilə üz-üzə qoyub.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O deyib: “Biz bu xəstəliyə çoxdan qalib gəlməli idik, amma, əslində o, artır”.
ÜST rəhbəri qeyd edib ki, 2022-ci ildə vəba ilə bağlı xəbərlərin sayının 2021-ci ilə nisbətən iki dəfə artıb və bu il daha da pis olacaq.
“Hazırda ən çox narahatlıq doğuran vəziyyət Burundi, Kamerun, Konqo Demokratik Respublikası, Efiopiya, Tanzaniya, Sudan, Suriya və Zimbabvedədir”, - deyə Qebreyesus əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər