Bakıda kütləvi tədbirlərə biletləri telefonla alıb çap etmək mümkün olacaq

Bakıda kütləvi tədbirlərə biletləri telefonla alıb çap etmək mümkün olacaq Bakıda idman tədbirləri, kinoteatr və digər mədəniyyət müəssisələrinə biletlərin dəyərini kontaktsız stikerlər vasitəsilə ödəmək mümkün olacaq.

Bu barədə “Trend”ə İT-bazarındakı mənbədən məlumat veriblər.
Mənbənin sözlərinə görə, söhbət kütləvi ödənişlər üçün nəzərdə tutulmuş texniki məsələdən gedir. Kontaktsız ödənişlərin yaxın vaxtlarda mümkün olacağı bildirlib. Mənbə qeyd edib: "Biletləri telefonla sifariş etmək lazım olacaq. Operator sifarişi qəbul edib, mobil əlavədə avtomatik hesabın göstərilməsini təmin edəcək. Daha sonra ödənişi etmək, bileti isə stiker vasitəsilə çap etmək lazım oacaq".

tehsil-press.az

Oxşar xəbərlər