45 illik həyat yoldaşından boşandı

45 illik həyat yoldaşından boşandı Məşhur amerikalı aktrisa Meril Strip 1978-ci ildən evli olduğu həyat yoldaşı, heykəltəraş Don Qammerdən boşanıb.
Amerikalı cütlüyün 6 ildən çoxdur ki, ayrıldıqları məlum olub.
M.Strip və D.Qammerin sonuncu dəfə birlikdə 2018-ci ildə görüntüləndiyi vurğulanıb.
Qeyd edək ki, 74 yaşlı ulduz aktrisa 3 dəfə “Oskar” mükafatına layiq görülüb. O, daha çox “İblis Pradadan geyinir”, “Mamma Mia!”, “Lemoni Sniket: 33 uğursuzluq” filmləri ilə məşhurdur.

Tehsil-press.az



Oxşar xəbərlər