
Bu barədə “TMZ” nəşri məlumat yayıb. Aktrisa Parisdəki evində vəfat edib.
Oliviya de Hevillend “Robin Qudun macəraları”, “Küləklə sovrulanlar”, “Varis”, “Sakit, sakit, əzizim Şarlotta” filmləri ilə məşhurdur. Onu Hollivud kinematoqrafiyasının “qızıl erası”nın yaşayan sonuncu aktrisası hesab edirdilər.
O.Hevillend 2 dəfə “Qızıl Qlobus” mükafatına da layiq görülüb.
Tehsil-press.az