Britaniyalı aktrisa xərçəngdən vəfat etdi

Britaniyalı aktrisa xərçəngdən vəfat etdi Britaniyalı aktrisa Oliviya Nyuton-Con 73 yaşında vəfat edib.
Aktrisa son üç onillikdə süd vəzi xərçəngi ilə mübarizə aparırdı. 2018-ci ildə isə ona onurğa xərçəngi diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, O. Nyuton-Con “Briolin” (1978) müziklindəki baş rolu ilə populyarlıq qazanıb. Həmin ekran işində, həmçinin Con Travolta yer alıb. Nyuton-Con filmin musiqi hitlərini ifa edib. O, 4 dəfə “Qremmi” mükafatının laureatı olub.
Aktrisa 1948-ci ildə Böyük Britaniyada anadan olub, karyerasına isə Avstraliyada başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər