Ərdoğan və Putinin müzakirə etdiyi məsələlər açıqlandı

Ərdoğan və Putinin müzakirə etdiyi məsələlər açıqlandı Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub.
İki ölkə lideri söhbət zamanı İsrail və Fələstin arasındakı qarşıdurmanı müzakirə edib.
***
Kreml Putin və Ərdoğanın telefon danışığı barədə məlumat yayıb.
Bildirilib ki, liderlər Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər.
“Prezidentlər mülki əhali arasında itkilərin sayının artması və Qəzza zolağında humanitar vəziyyətin fəlakətli şəkildə pisləşməsi ilə bağlı dərin narahatlıqlarını ifadə edərək yaşayış məntəqələrinə, dini və sosial obyektlərə zərbələrin endirilməsinin qəbuledilməzliyini vurğulayıblar”, - deyə Kremldən bildirilib.

Tehsil-press.az



Oxşar xəbərlər