Xumar Qədimova trendləri alt-üst etdi

Xumar Qədimova trendləri alt-üst etdi Əməkdar artist Xumar Qədimovanın illər öncə səsləndirdiyi “Dilbərim” mahnısı eyni vaxtda 7 fərqli yutub kanalında trendə düşüb.
Qədimovanın bənzərsiz repertuarında yer alan mahnıya öncə TikTok-da yüzlərlə video çəkilib, sonradan yutubda aktuallaşıb. Mahnının müxtəlif remiks versiyaları sənətkarın şəxsi səhifəsi ilə yanaşı, 6 əlavə kanalda yer alıb.
Mahnı hazırda yutubda 2-ci, 5-ci, 10-cu, 12-ci, 27, 28, 29-cu yerlərdədir
Qeyd edək ki, bu, Azərbaycan musiqi tarixində bir ilkdir.
Bundan əlavə, Xumar Qədimova yeni TikTok hesabı açandan sonra onun repertuarında olan hitləri TikTok trendlərini alt-üst edib.

Tehsil-press.az


Oxşar xəbərlər