Moskva Dövlət Universitetinin alimləri koronavirusun müxtəlif ştamlarının müəyyən edilməsinin sürətləndirilməsi üsulunu tapıblar

Moskva Dövlət Universitetinin alimləri koronavirusun müxtəlif ştamlarının müəyyən edilməsinin sürətləndirilməsi üsulunu tapıblar M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mütəxəssisləri DNT analizinin birzəncirli molekulu (aptamerlər) işləyib hazırlayıblar.
Bu molekul yeni nəsil test sisteminin köməyi ilə orqanizmdə koronavirusun müəyyən ştamlarının aşkarlanmasını sürətləndirməyə imkan verir.
Aptamerlər özlərini anticisimlər kimi aparır: onlar müəyyən hədəfə birləşmək qabiliyyətinə malikdirlər. Bu tədqiqatda hədəf rolunu koronavirusun “tikanı”nın zülalı oynayıb. Müəlliflər aptamerdə nukleotidlərin ardıcıllığının müəyyən edilməsi metodikasını işləyib hazırlayıblar. Bu üsul ona müəyyən “SARS-CoV-2” ştamı ilə birləşməyə imkan verə bilər.
“Təqdim olunan işdə “SARS-CoV-2” virusunun S-zülalını reseptor-bağlayıcı domenlə (RBD) birləşdirən aptamerin axtarışı həyata keçirilib. Aptamerin seçilməsi koronavirusun Uhan ştamının domeninə uyğun aparılıb. Sonrakı yoxlama göstərib ki, aşkarlanan aptamer digər ştamların RBD-si ilə əlaqəli deyil. Bu, virusun müəyyən ştamının bioanalitik test sistemlərində sürətli müəyyənləşdirilməsi üçün tətbiqinə imkanlar açır”, - deyə ali məktəbin mətbuat xidməti tədqiqatın müəlliflərindən biri Mariya Xrenovanın sözlərindən sitat gətirir.
Alimlərin məlumatlarından istifadə etdikləri nanoməsamə ardıcıllığı üsulları nukleotidlərin uzun ardıcıllığının təhlili üçün istifadə olunur. Eyni zamanda, aptamerlər qısa fraqmentlərdir. Ali məktəbdə izah ediblər ki, müəlliflər bu hissələrin birləşərək uzun hissələrə çevrilməsi üsulunu tapıblar. Eləcə də aptamerlərin xüsusiyyətini nəzərə alan məlumatların təkmilləşdirilməsi üsulunu seçiblər.

Tehsil-press.az




Oxşar xəbərlər