Aİ koronavirusun yeni ştamı səbəbindən bəzi Afrika ölkələrindən səyahət məhdudiyyətləri tətbiq edib

Aİ koronavirusun yeni ştamı səbəbindən bəzi Afrika ölkələrindən səyahət məhdudiyyətləri tətbiq edib Avropa İttifaqına (Aİ) üzv ölkələr COVID-19 infeksiyasının yeni B.1.1.529. ştamı (Omicron) aşkarlanan Afrikanın 7 ölkəsindən səyahətləri dayandırmaq qərarına gəliblər.
Botsvana, Esvatini, Lesoto, Mozambik, Namibiya, Cənubi Afrika Respublikası və Zimbabvedən Aİ ölkələrinə bütün giriş-çıxışlar müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Afrika ölkələrində aşkarlanan B.1.1.529 ştamının 32 mutasiyaya malik olduğu bildirilir.

Tehsil-press.az




Oxşar xəbərlər