ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqladı ABŞ Ukraynaya 100 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.
Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Kiyevdə keçirdiyi brifinqdə bildirib.
ABŞ Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, 100 milyon dollar dəyərində yeni paket Amerika ordusunun ehtiyatlarından ayrılacaq.
“Buraya artilleriya sursatları, hava hücumundan müdafiə üçün qurğular, eləcə də bir sıra tank əleyhinə silahlar daxildir”, - Ostin vurğulayıb.

Tehsil-press.az




Oxşar xəbərlər