Azərbaycanla Ermənistanın “like” mübarizəsi -Könüllülərin savaşı...

Azərbaycanla Ermənistanın “like” mübarizəsi -Könüllülərin savaşı... Aprelin əvvəlindən bəri Ermənistan və Azərbaycan arasında alovlanmış Dağlıq Qarabağ münaqişəsi bu dəfə həm də onunla fərqlənir ki, illərlə aparılan informasiya təbliğatları bəhrəsini verə bilib.

Tehsil-press.az BBC Azərbaycanca saytının hər iki ölkənin “like” mübarizəsi ilə bağlı hazırladığı yazını təqdim edir: Yəni, illərdir eşidilən "qarşı tərəfin təcavüzü davam edir" kimi televiziya xəbər proqramlarının ilk cümlələri indi hər iki ölkədə bəlkə də ən məşhur xəbər meydanı olan sosial şəbəkələrdə qızğın müzakirələrə çevrildi.
Aprelin 2-nə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var.
Azərbaycanın rəsmi rəqəmlərinə görə, 31 hərbçisi və 2 dinc sakin həlak olub, 10 nəfər dinc sakin yaralanıb. Ermənistanın rəsmi rəqəmləri isə 46 hərbçinin həlak olduğunu, 122 nəfərin yaralandığını və 21 nəfərin itkin düşdüyünü göstərir.
Bu dəfə fərqli o idi ki, həm azərbaycanlılar, həm də ermənilər eyni həşteqlər - #Karabakhnow və #NKPeace altında "söz və like müharibələri" aparır. Və təbii ki, onların oxşar hərəkətləri bir-birini təkrarlayır:
Məsələn, azərbaycanlılar aprelin 7-dən ABŞ Administrasiyasını ədaləti bərpa etmək və böyük fəlakətdən yayınmaq üçün Ağ Evə imzatoplama kampaniyasına başlayıb.
Eləcə də aprelin 9-dan Ermənistanın Avropalı Dostları təşkilatı Avropa Parlamentinə ünvanlanan Dağlıq Qarabağı münaqişə tərəfdaşı kimi qəbul etməyə çağıran imzatoplama kampaniyası aparır.
Həmçinin həm Azərbaycan, həm də Ermənistanda bir-birinin əleyhinə nümayişlər keçirilir və həm xaricdə yaşayan azərbaycanlılar, həm də ermənilər xarici ölkələrdəki səfirliklər qarşısında silsilə aksiyalar keçirir.
Lakin hər şey bu həddə çatana qədər sosial şəbəkələr ilklərin şahidi oldu. Sosial şəbəkə istifadəçiləri "informasiya müharibəsində" qalib gəlmək üçün müxtəlif alətlərə əl atdı. Onlardan bəziləri bunlardır:
1. Facebook sosial şəbəkəsində hərbi xəbərlər yazdığını deyən Ermənistana məxsus razm.info layihəsi. Bu layihənin saytında azərbaycanca Azərbaycana dair xəbərlər yazılır və sosial şəbəkə səhifələrində azərbaycanlılarla azərbaycanca danışılır. Adətən paylaşımlar Azərbaycanın hərbi itkiləri ilə bağlıdır. 
2. Azərbaycanda bir qrup könüllü informasiya müharibəsində "uduzmamaq" məqsədilə rəsmi məlumatların tərcümə qərargahını yaradır. Qərargahın təşəbbüskarı Fuad Hacıyev BBC Azərbaycancaya deyib ki, azərbaycanlılar münaqişənin ilk günündən çox aktiv olsalar da, əsasən Azərbaycanca paylaşımlar edib.
"Qarşı tərəf ingilis və rus dillərində də paylaşırdı. Ona görə status yazdım ki, kim könüllü olaraq xəbərlərin tərcüməsinə yardım edə bilər? Bir gündə 146 şəxs tərcümə edəcəyini bildirdi."

Azərbaycanla Ermənistanın “like” mübarizəsi -Könüllülərin savaşı...

Hacıyev deyir ki, hazırda yalnız rəsmi məlumatlar təxminən 25 dilə tərcümə edilərək və muzdlu professional tərcüməçilər tərəfindən yoxlanılaraq xarici mediaya göndərilir. Bəzi könüllülər isə "Ermənistanın lehinə" yazan səhifələrdə - məsələn fransız mediasının səhifələrini izləyir.
Azərbaycanın "Könüllü İnformasiya Qərargahı" heç bir rəsmi qurumla əməkdaşlıq etmədiyini deyir.
3. Dezinformasiya (fakta əsaslanmayan informasiya). Erməni istifadəçilər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosunu paylaşaraq, onu "Qarabağ Ordusu"nun üzvü kimi təqdim etdi.

Azərbaycanla Ermənistanın “like” mübarizəsi -Könüllülərin savaşı...

4. "Like müharibəsi". Rusiyanın baş naziri Dmitri Medvedyevin İnstagram səhifəsində münaqişə ilə bağlı səfər etdiyi Yerevan və Bakıdan paylaşdığı fotolar sosial şəbəkələrdə ciddi "bəyənmə davasına" çevrilib.

Azərbaycanla Ermənistanın “like” mübarizəsi -Könüllülərin savaşı...

tehsil-press.az

Oxşar xəbərlər