Xəbərdə bildirilir ki, hər iki ölkənin xarici siyasət idarəsinin rəhbərləri Dağlıq Qarabağda qarşıdurmanın eskalasiyasından ciddi narahatdırlar. Tərəfləri hərbi əməliyyatların dərhal dayandırmağa çağırıblar. Bundan başqa ATƏT-in Minsk qrupu həmsədr ölkələri Rusiya, ABŞ vəFransanın səylərinin artırılması barədə razılıq əldə olunub.

Con Kerri - ABŞ -ın dövlət katibi
Lavrov və Kerri müxtəlif “xarici oyunçuları” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar.
Cəbhədə vəziyyət gərginləşəndən sonra dünya liderləri tərəfləri sakitləşdirməyə çalışır. Rusiya Federasiyasının təşəbbüsü və vasitəçiliyi ilə aprelin 2-də Bakı vaxtı ilə saat 15.00-da cəbhə xəttində atəşkəs rejiminin bərpa olunmasına dair əldə edilmiş razılığa baxmayaraq Ermənistan tərəfi yenə də gərginliyi saxlamaqda davam edib.
Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırmasına baxmayaraq Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edib.
Düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub. Döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalib.
tehsil-press.az