Amerikalı məşhur müğənni Beyonse prodüsseri olduğu musiqili filmindən yüksək gəlir əldə edib. Ekran işi müğənniyə bir həftədə 21 milyon dollar gəlir qazandırıb. Belə ki, "Renaissance: A Film by Beyonce 2023" adlı film 94 ölkədə nümayiş etdirilib. Qeyd edək ki, film müğənninin qastrol səfərinə həsr olunub.