
Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında artıq 7 rezident var və yeniləri ilə, o cümlədən polad istehsalı üzrə kompleksin yaradılması barədə danışıqlar aparılır: "Sumqayıt Kimya Sənaye Parkında reallaşdırılan əsas layihələrdən biri metallurgiya sahəsində istifadə üçün qarışıqların istehsalıdır". N.Səfərov qeyd edib ki, rezident bu istiqamətdə artıq layihələndirmə işi aparır və yaxın vaxtlarda zavodun təməlqoyma mərasimi keçiriləcək.
tehsil-press.az