YTP-nin inkubator-rezidenti “SmFresh Oil”in təsisçisi IVLP proqramı çərçivəsində ABŞ-da olub

YTP-nin inkubator-rezidenti “SmFresh Oil”in təsisçisi IVLP proqramı çərçivəsində ABŞ-da olub Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) inkubator-rezidenti olan “SmFresh Oil”in təsisçisi, həkim, qidalanma üzrə mütəxəssis Maya Səbzəliyeva ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən IVLP proqramı (International Visitor Leadership Program) çərçivəsində Azərbaycan üzrə qadın sahibkar olaraq seçilib. Bu məqsədlə M.Səbzəliyevanın ABŞ-a səfəri baş tutub.
Səfər çərçivəsində sahibkar qadınlar ABŞ-da biznes imkanları, xanım sahibkarlar üçün təqdim olunan üstünlüklər haqqında ətraflı məlumat əldə edib, həmçinin Amerika mədəniyyəti və adət ənənəsi ilə yaxından tanış olublar. Səfər zamanı M.Səbzəliyeva 23 ölkədən olan qadın sahibkarlarla birgə ABŞ-ın bir neçə ştatını və şəhərini ziyarət edib.
M.Səbzəliyeva ABŞ səfirliyinə Azərbaycanda qadın sahibkarlığının inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər