UNEC startapçıları mübadilə proqramı çərçivəsində Qazaxıstana gediblər

UNEC startapçıları mübadilə proqramı çərçivəsində Qazaxıstana gediblər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes Mərkəzinin əməkdaşı Tural Salmanov və “UNEC Startup İnkubator”un rezidenti olan “4YOU”, “İsu”, “Feedhub” startaplarının həmtəsisçiləri Qazaxıstan, Özbəkistan və Gürcüstanda işgüzar səfərdədir.
Asiya İnkişaf Bankının dəstəyi ilə “CAREC University Innovation Exchange Program (UIEP)” adlı tələbə mübadilə proqramı çərçivəsində Azərbaycanı təmsil edən UNEC startapçıları Qazaxıstan, Özbəkistan və Gürcüstana səfər edərək həmin ölkələrin innovasiyalar və startap ekosistemi ilə yaxından tanış olacaqlar. Eyni zamanda öz startap layihələrini təqdim edəcəklər.
Hazırda Qazaxıstanda olan UNEC startapçıları AlmaU Universitetində startap təlimlərinə qatılıblar, həmçinin UNEC-in startap layihələri barədə təqdimatla çıxış ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər