Bayden: Ukraynanın NATO-ya qəbulu zaman məsələsidir

Bayden: Ukraynanın NATO-ya qəbulu zaman məsələsidir Ukraynanın NATO-ya qəbulu məsələsinə yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra baxılacaq.
Bu sözləri ABŞ Prezidenti Cozef Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə keçirdiyi ikitərəfli danışıqlardan sonra mətbuat konfransında deyib.
“NATO, şübhəsiz ki, Ukraynanın gələcəyində olacaq”, - deyə C.Bayden vurğulayıb.
O, həmçinin əlavə edib ki, əvvəlcə Ukraynanın Şimali Atlantika Alyansına daxil olması təşkilatın bütün üzv ölkələri tərəfindən təsdiqlənməlidir. Bundan başqa, Kiyev müəyyən şərtləri yerinə yetirməlidir.
Ağ Ev sahibinin fikrincə, bu məsələlərin həlli yalnız zaman məsələsidir. Eyni zamanda, Bayden dəqiqləşdirib ki, hazırda NATO Ukraynaya kömək etməyə və onun münaqişədə qalib gəlməsinə əmin olmağa diqqət etməlidir.
Dekabrın əvvəlində NATO-nun Baş katibi Yens Stoltenberq təşkilata üzv dövlətlərə Ukraynaya dəstək üçün əlavə vəsait yatırmağı tövsiyə edib.

Tehsil-press.az



Oxşar xəbərlər