
Ali Məhkəmədə keçirilən iclasda qərar açıqlanıb.
Nazim Mövsümovun sədrlik etdiyi hakimlər heyəti apellyasiya məhkəməsinin qərarında qanun pozuntusu aşkar edilməməsi əsası ilə şikayəti rədd edib.
Qeyd edək ki, 2009-2020-ci illərdə KİVDF-nin rəhbəri olmuş Vüqar Səfərli və Nadir Məmmədov 2021-ci ildə həbs ediliblər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli biliniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli 10 il 6 ay, Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.
Tehsil-press.az