AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub

AzTU-da İstanbul Texniki Universitetinin 250 illik yubileyi qeyd olunub Türkiyənin İstanbul Texniki Universitetinin (İTU) 250 illiyi münasibətilə Azərbaycan Texniki Universitetində (AzTU) konfrans keçirilib.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Elm və təhsil nazirinin müavini Həsən Həsənli çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, ordumuzun gücü nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi. Bu qələbənin təməlində Ulu Öndərin ideyaları, onun siyasi xətti dayanır. Bu il, eyni zamanda, Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd olunur. Həmçinin Türkiyənin ən qocaman ali təhsil müəssisələrindən olan İTU-nun 250 illiyi 2023-cü ilə təsadüf edib. Bu əlamətdar tarixlərin AzTU-da təntənəli şəkildə qeyd olunması qardaş ölkələr arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsini bir daha sübut edir.
Tədbirdə 2023-cü ildə İTU, AzTU və Bakı Dövlət Universitetinin birgə təşkil etdikləri “Məzun günü”ndən videomaterial nümayiş etdirilib.
Daha sonra AzTU-nun rektoru professor Vilayət Vəliyev və İTU-nun rektoru professor İsmayıl Koyuncu çıxış edərək qeyd olunan əlamətdar tarixlərlə bağlı təbriklərini çatdırıblar.
Tədbir İTU-nun “250-ci il Türk Musiqisi Xoru”nun ifası ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər