Prezidentlər İstanbulda görüşdü

Prezidentlər İstanbulda görüşdü Prezidentlərin görüşü Mabeyn iqamətgahında baş tutub.

İstanbulda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Tehsil-press.az-n məlumatına görə, prezidentlərin görüşü Mabeyn iqamətgahında baş tutub.
İslam Əməkdaşlığı Təşkilatının (İƏT) 13-cü zirvə toplantısı çərçivəsində baş tutan görüşdən sonra prezidentlər şam yeməyi üçün Savarona yaxtasına gediblər.
Azərbaycan və Türkiyə prezidentlərinin görüş vaxtı açıqlanıb
Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edib. İstanbulun Atatürk Beynəlxalq hava limanında İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Türkiyənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Prezident aprelin 14 və 15-də İstanbulda  İƏT-in 13-cü zirvə toplantısında iştirak edəcək.  Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin də prezidenti qatılacaq. İlham Əliyev Türkiyəyə sonuncu dəfə martın 15-də səfər edib. Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Ankarada baş verən terror aktları ilə əlaqədar Bakıya planlaşdırdığı iki səfərini təxirə salıb.


Türkiyə və Azərbaycan prezidentlərinin görüşü. 13.04.2016

İlham Əliyev Ərdoğanla telefonda danışaraq bildirmişdi ki, - "sən Bakıya gələr bilmirsənsə, mən Ankaraya gələ bilərəm". Beləliklə, Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada baş tutur. İlham Əliyevin səfəri başa çatarkən Ərdoğan həmkarını hava limanına gələrək Vətənə yola salmışdı.

Prezidentlər İstanbulda görüşdü
Ərdoğan İlham Əliyevi Azərbaycana yola salrkən. 15 mart 2015-ci il

tehsil-press.az

Oxşar xəbərlər