
O, bir neçə müddət əvvəl verdiyi açıqlamada bunları deyib: “Təkliflər arasında Azərbaycan, Almaniya vardı. Almaniya təhlükəsizlik səbəbindən buna razılaşmadı. Daha sonra İngiltərəyə müraciət etdik və onlar da razılaşmadı. Azərbaycanda isə pul yoxdur. Səudiyyə Ərəbistanı hazırda futbol markasına çevrilib. Bizim üçün də böyük addım olacaq”.
Türkiyə mətbuatının yazdığına görə, “Fənərbaxça” prezidenti Ali Koç da Səudiyyə Ərəbistanından öncə qarşılaşmanın Azərbaycanda keçirilməsini istəməyib.
Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanında keçirilməli olan qarşılaşma yerli hökumətin komandalara “Atatürk” yazılı köynəklərlə meydana çıxmasına icazə vermədiyi üçün baş tutmayıb.
Tehsil-press.az