Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edildi

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edildi Baş Dövlət Yol Polisi İdarəsi sərxoş halda avtomobil idarə edən şəxsi saxlayıb.
"Range Rover" markalı 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əliyev Adil Mayıl oğlu paytaxtın Üzeyir Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edib.
Buna görə yol-patrul xidməti əməkdaşı tərəfindən "saxla" işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.
Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.

Tehsil-press.az


Oxşar xəbərlər