Onlayn seminar: Beynəlxalq elmi bazalarda indekslənən jurnallarda çap olunan məqalələrə qoyulan tələblər

Onlayn seminar: Beynəlxalq elmi bazalarda indekslənən jurnallarda çap olunan məqalələrə qoyulan tələblər Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Praktik Bacarıqlar Mərkəzinin onlayn seminarında “Ümumi fizika” kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Sakin Cabbarov “Beynəlxalq elmi bazalarda indekslənən jurnallarda çap olunan məqalələrə qoyulan tələblər” mövzusunda çıxış edib.
S.Cabbarov beynəlxalq jurnallarda çap olunan məqalələrin yazılma qaydaları, mövzunun işlənilməsi zamanı seçilmiş tədqiqat metodları, müasir proqram təminatından istifadə, nəticələrin analiz edilməsi haqqında məlumat verib. O, jurnalların seçilməsi, məqalələrin yüklənilməsi məsələlərinə də toxunub. Məruzəçi “Web of Science” və “Scopus” kimi beynəlxalq elmi bazaların məqalələrə verdiyi tələbləri diqqətə çatdırıb.
Seminarda Ümumi fizika kafedrasının müdiri, dosent Cahangir Hüseynov, dosentlər Aydın Ələkbərov, və Dilbər Əliyeva mövzunun aktuallığından danışıblar.
Fakültənin dekanı, dosent Arzu Daşdəmirov belə seminarların təşkilinin zəruri olduğunu qeyd edib.
Seminarda Fizika fakültəsinin professor-müəllim heyəti, magistrantlar, doktorantlar və tələbələr iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər