UNEC əməkdaşlarının 1600-dən çox elmi əsəri nüfuzlu bazalarda indekslənib

UNEC əməkdaşlarının 1600-dən çox elmi əsəri nüfuzlu bazalarda indekslənib Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) mənsub 836 elmi əsər “Web of Science” bazasında indekslənib.
İndekslənən elmi əsərlərin 715-i 2015-2023-cü illərin payına düşür.
Nüfuzlu elmi nəşr platformasında UNEC-in istinad göstəricisi 3496-dır. Bunun da 92 faizi 2015-2023-cü illəri əhatə edir.
“Scopus” bazasında isə UNEC-ə mənsub 833 elmi əsər indekslənib. “Scopus”da indekslənən elmi əsərlərin 796-sı 2015-2023-cü illərin payına düşür. Həmin bazada istinad göstəricisi 4180-dir ki, bunun da 99 faizi müvafiq dövrü əhatə edir.

Tehsil-press.az


Oxşar xəbərlər