Jak Şirakın qızı öldü

Jak Şirakın qızı öldü Fransının keçmiş prezidenti Jak Şirakın qızı Lorans 58 yaşında dünyasını dəyişib.

Xarici KİV-lər xəbər verir ki, sabiq prezidentin qızı 15 yaşından anoreksiya xəstəliyindən əziyyət çəkib və bir neçə dəfə intihara cəhd edib. Qeydedək ki, anoreksiya əsasən gənc qadınlarda görülən, az yemək, iştahsızlıq, az yatmaq və bütün bunlara baxmayaraq aktivliklə müşahidə olunan bir xəstəlikdir. Anoreksiya xəstəlikdən çox psixoloji pozğunluq kimi xarakterizə edilir. Onu da xatırladaq ki, Jak Şirak Fransanın 22-ci prezidenti olub. O, 1995-ci ildən 2007-ci ilə qədər prezident postunu tutub.

tehsil-press.az

Oxşar xəbərlər