Gökhan yeni görüntüsü ilə gündəm oldu

Gökhan yeni görüntüsü ilə gündəm oldu Türkiyəli məşhur müğənni Gökhan Özenin son görünüşü sosial mediada gündəm olub.
44 yaşlı sənətçinin üzündəki dəyişiklik konsert öncəsi mətbuat mənsubları ilə görüşündə aydın görünüb.
Üzündə etdiyi dəyişikliklərlə tanınmaz hala gələn sənətçi sosial şəbəkə izləyiciləri tərəfindən də tənqid atəşinə tutulub.
Özen yayılan iddialara cavab olaraq video paylaşaraq, “Məruz qaldığım böhtanı buradan anlayın, qaşını qaldırırsan, bunun botoks olmadığı ortaya çıxacaq”, - sözlərini deyib.
“Belə böhtanlarla məni üzə bilməzsiniz, amma sevdiklərimi incitməyin”, - Gökan əlavə edib.

Tehsil-press.az


Oxşar xəbərlər