ADPU tələbələri “Şagirdə tələbə dəstəyi”nin növbəti mövsümünü başa vurublar
Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU) təşkilatçılığı ilə 2023-cü ildən icra olunan “Şagirdə tələbə dəstəyi” layihəsi çərçivəsində universitetin könüllü tələbələrindən ibarət komanda tərəfindən Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə VII, VIII və IX sinif şagirdləri üçün onlayn dərslər təşkil olunub.
Komanda üzvlərindən Bakı şəhəri 209 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Aynurə Babayeva və Şölə Rüstəmova şagirdlərlə görüş təşkil edib, onlara layihəni uğurla başa vurduqları üçün sertifikatlar təqdim ediblər.
Tehsil-press.az
- Baxış: 1110
Xəbərin tarixi: 06.02.2024 / 07:12
-
Oxşar xəbərlər