4 saat ərzində səs verənlərin sayı açıqlandı

4 saat ərzində səs verənlərin sayı açıqlandı Bu gün saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Bu barədə MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, saat 10:00-a qədər respublika üzrə 1 259 371 nəfər səs verib. Seçici fəallığı 19,44 % olub.
F.Orucov əlavə edib ki, hesabat vermiş məntəqələrin sayı 6 493-dür.

***

Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 38, 57 % olub.
F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 2 499 033 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6499-dur.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində iştirak etmək üçün seçici siyahılarında 6 milyon 478 min 623 nəfər var. Seçicilər 6537 məntəqədə səs verirlər.

Tehsil-press.az



Oxşar xəbərlər