Sumqayıtda binada yanğın baş verdi

Sumqayıtda binada yanğın baş verdi Sumqayıt şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Tehsil-press.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kvadrat metr olan 4 otaqlı mənzilin 1 otağında ev əşyaları 20 kvadrat metrsahədə və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 5 kvadrat metr sahədə əriyib. Yanğın zamanı mənzillərdən 18 nəfər bina sakini təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə yanğınsöndürənlər tərəfindən mənzillərdən çıxarılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 18:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

tehsil-press.az

Oxşar xəbərlər