Xətaidə 2 otaqlı evin mətbəxi yanıb
Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 12 kv.m sahədə və "BOSH" markalı paltaryuyan maşın yanıb.
Tehsil-press.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, yüksək temperaturdan "İNDESİT" markalı soyuducu və qaz plitəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:38-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
tehsil-press.az
- Baxış: 6405
Xəbərin tarixi: 09.04.2016 / 07:39
-
Oxşar xəbərlər