BDU tələbələri Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsində 

BDU tələbələri Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsində  Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin Geologiya, Geologiya və geofizika mühəndisliyi ixtisası üzrə təhsil alan IV kurs tələbələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Geologiya Muzeyində geoloji tədris təcrübəsində olublar.

Təcrübə müddətində tələbələr müxtəlif regionlar üzrə istismar olunan faydalı qazıntılar haqqında məlumat əldə ediblər. Azərbaycan Geologiya Muzeyində ölkənin bütün bölgələrindən toplanmış 5 000-dən çox dağ süxuru, mineral və kristal nümunələri qorunur. Tələbələr ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələri ilə tanış olub, onların kimyəvi tərkibini öyrəniblər.

Tehsil-press.az

Oxşar xəbərlər