
Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
Qeyd: Rəşad Şükürov və rayon icra hakimiyyətinin sabiq başçısı Mehdi Səlimzadənin köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər yalnız rüşvətə təhrik etməkdə təqsirli bilinib. Hökmə əsasən Vahid İsayevə 4 il həbs cəzası, Rəşad Şükürova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilmişdi. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə onlar bəraət alıb.
Tehsil-press.az