
Bəs hansı balı ən sağlam adlandırmaq olar?
Manuka kolunun çiçəklərindən alınan balın tərkibində B vitaminləri, C və A vitaminləri var. Bundan əlavə, dəmir, kalium, kalsium, natrium və fol turşusu ilə də zəngindir.
Bitki yalnız Yeni Zelandiyada və Avstraliyanın bəzi yerlərində rast gəlinir. Antiseptik və antiinflamatuar xüsusiyyətlərə malikdir. Onun faydalı olmasının sirri antibakterial maddə çıxaran bitkinin çiçəyindədir.
Bu bitkidən toplanan bal sterilizasiya və ya şüalanmadan sonra da öz faydalı maddələrini saxlayır. Buna görə bal yalnız soyuqdəymə, qrip və ya ARVI üçün faydalı deyil.
Bədən hüceyrələri üçün lazımdır, immunitet sisteminin işini yaxşılaşdırır və sinir sistemini dəstəkləyir.
Tərkibinə görə universal sayılır, lakin allergiya xəstələrinə tövsiyə edilmir.
Tehsil-press.az