Orenburqda daşqın hündürmərtəbəli binalara çatdı

Orenburqda daşqın hündürmərtəbəli binalara çatdı Rusiyanın Orenburq şəhərində Ural çayının səviyyəsi 996 santimetrə çatıb.

Bu barədə şəhərin meri Sergey Salmin məlumat verib.

“Bu günə olan məlumata görə, suyun səviyyəsi artmaqda davam edir. Hazırda biz ən yüksək həddi qeydə almışıq. Bizim üçün ən təhlükəli hədd 930 sm idi, amma indi suyun səviyyəsi 996 sm təşkil edir”, - mer bildirib.

***

Orenburq vilayətində suyun səviyyəsi 10 metri keçib.

Bu barədə vilayətin qubernatoru bildirib.

O bildirib ki, su artıq hündürmərtəbəli binalara çatıb.

Qeyd olunub ki, Tümen və Kurqan vilayətlərini də təhlükə gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər