![Ata və 6 yaşlı qızı Kür çayında batdı](https://www.bakupost.az/uploads/news/2022-07-08-08-41-03rnVFYWcsypZcRBqLvdTY_file.jpg)
Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman 6 yaşlı S.S suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.
Hazırda onların axtarışları davam edir.
Tehsil-press.az