Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA

Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.

Bu barədə sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib.

"Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayının ortalarından "Təsir dairəsi" verilişinin efir vaxtının yarım saat azaldılmasını planlaşdırırıq. Növbəti televiziya ilindən isə, güman ki, sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlməyi planlaşdırırıq", — açıqlamada qeyd olunub.

Qeyd: Verilişin aparıcısı Lalə Azərtaşdır.

Tehsil-press.az

Oxşar xəbərlər