"Xəzər" televiziyasında yayımlanan "Şans mələyi" verilişi indiyədək 11 ailəni sevindirib. 2017-ci ilin yanvar ayının 28-dən etibarən efirdə olduğu müddət ərzində çox sayda insanın evini təmir etdirib, ağır xəstələrin müalicəsini və əməliyyatını təşkil edib, onlara qiymətli hədiyyələr alıb, həmçinin onları həyatda özlərinə kumir hesab etdikləri məşhur şəxslərlə görüşdürüb.
Layihənin ərsəyə gətirilməsində əsas məqsəd insanların ehtiyaclarının qarşılanmasına kömək etmək, onların arzu və istəklərini reallaşdırmağa dəstək olmaqdır. Xəzər Tv bu layihəyə sırf sosial məsuliyyət və xeyirxahlıq missiyası kimi baxır. Məhz bu təmiz niyyətin nəticəsidir ki, əvvəlcə "Xəzər" televiziyasının daxili imkanları hesabına start götürən layihəyə sonradan bir çox şirkət və imkanlı şəxslər dəstək verməyə başlayıblar. Eyni zamanda, verilişə olan sponsor dəstəyi ilə də ehtiyacı olan ailələrə yardım göstərilir. Bundan başqa, sıravi insanlar da müəyyən bank hesablarına vəsait köçürməklə bu xeyirxah aksiyada iştirak edə bilirlər.
Tanınmış aparıcı Şəhla Hüseynovanın (Çiçək Vakkas) təqdimatında efirə çıxan veriliş tamaşaçı müraciəti əsasında çəkilir. Bu müraciətlər arasından evlər və ailələr seçilir, onların ehtiyacları müəyyənləşdirilir. Seçilən ailələr və onların üzvləri qəhrəman kimi deyil, köməyə ehtiyacı olan insan kimi təqdim olunur. Verilişin həmin buraxılışının məqsədi də o ailənin probleminin həllinə istiqamətlənir. Veriliş ancaq evlərin təmirinə fokuslanmayıb. Burada xəyalların gerçəkləşdirilməsinə yardım etmək də əsas məqamlardan biridir. Belə ki, ömründə əyləncə məkanında olmayan, illərdir təzə paltar geyinməyən uşaqlar əyləncə mərkəzlərinə aparılır, gəzməyə çıxarılır, onlara yeni paltarlar alınır, restoranlarda dadlı yeməklərə qonaq edilir, hətta onların məşhur müğənni və idmançılarla görüşləri təşkil olunur.
"Xəzər" televiziyası bu layihəyə yalnız bir veriliş kimi deyil, eyni zamanda xeyriyyə aksiyası kimi baxır. Bu, bir göstəriş deyil, real yardımdır və bütün edilənlər həmin ailələrə "Xəzər" televiziyasının hədiyyəsidir.
Təhsil-press.az